Modern.az

Naftalanda növbəti vətəndaş qəbulu keçirilib - FOTOLAR

Naftalanda növbəti vətəndaş qəbulu keçirilib - FOTOLAR

16 Sentyabr 2021, 16:06

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov vətəndaşları növbəti dəfə onlayn qaydada  qəbul edib.

 

Modern.az xəbər verir ki, onlayn qəbul zamanı vətəndaşlar  tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətləri dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı müraciətlərin araşdırılması və icrası həmçinin  aidiyyəti qurumlara çatdırılması üçün müvafiq tapşırıqlar verdi.

 

Qəbula iştirak edən sakinlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən, həlli istiqamətində həyata keçirilən operativ işlərdən məmnunluqlarını bidirərək göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir