Modern.az

Gorus-Qafan yoluna alternativ çəkiləcək - 1 milyard dollar ayrıldı

Gorus-Qafan yoluna alternativ çəkiləcək - 1 milyard dollar ayrıldı

16 Sentyabr 2021, 16:19

Ermənistan Şimal-Cənub layihəsi çərçivəsində Qacaran-Sisian yolunun inşasına 1 milyard dollar dəyərində yardım ayırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan söyləyib.

“Qafandan Gorusa köməkçi yol var amma o, yol pis vəziyyətdədir. Həmin yol ən pis hallar üçün B planı rolunu oynayır. Hazırda həmin yolda hərəkəti bərpa etmək üçün çalışırıq”.

 

Kerobyan beynəlxalq kredit hesabına inşa olunacaq Qacaran-Sisian yolunun Şimal-Cənub dəhlizinin işə başlamasında əsaslı dəstək olacağını söyləyib.

Nazir İrandan gələn yük maşınlarının ölkəyə gəlməsində ciddi problemlərin olduğunu da əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır