Modern.az

Prezident Xətai raonunda açılış edib

Prezident Xətai raonunda açılış edib

Aktual

8 Noyabr 2012, 12:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində 14 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Əhmədli qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verib ki, poliklinikanın 780 kvadratmetrlik əvvəlki binası sakinlərin tələblərinə cavab vermirdi. Səhiyyə ocağının müasir memarlıq üslubunda inşa olunmuş üçmərtəbəli yeni binasının sahəsi isə 3,6 min kvadratmetrdir.

Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra yaradılan şəraitlə tanış oldu.

Bildirilib ki, poliklinika binasının birinci mərtəbəsində qəbul, inzibati və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. İkinci mərtəbədə terapiya və pediatriya, üçüncü mərtəbədə isə nevrologiya və stasionar şöbələr yerləşir. Burada quraşdırılan ən müasir avadanlıq əhaliyə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcəkdir.

Sonra Prezident İlham Əliyev ilə görüşən qəsəbə sakini Qurbanəli Əlizadə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!