Modern.az

Məcburi köçkünlər Cavid Qurbanovla bağlı Mətbuat Şurasına müraciət etdi- BƏYANAT

Məcburi köçkünlər Cavid Qurbanovla bağlı Mətbuat Şurasına müraciət etdi- BƏYANAT

8 Noyabr 2012, 14:56

Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün bəzi KİV-lərdə millət vəkili Cavid Qurbanov barəsində dərc edilən yazılarla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Modern.az saytının məlumatına görə, müraciətə imza atan köçkünlər 123 saylı Kəlbəcər seçki dairəsindən seçilmış millət vəkili Cavid Qurbanov haqqında dərc edilən qərəzli yazıları özlərinə qarşı həqarət, təhqir kimi qiymətləndiriblər.

Məktubda deyilir ki, Cavid Qurbanov barədə böhtan və əsassız yazılar dərc edən qəzetlər  əsasən Mətbuat Şurasının “qara siyahı”sına düşən nəşrlərdir. Bu isə məsələnin mahiyyətini, belə yazı yazanların nəyə xidmət etdiyini açıq-aşkar göstərir. Onların sözlərinə görə, “reket qəzetlər” kimi tanınan bu nəşrlərin “jurnalistlərinin” hansı amala qulluq etdiyi Azərbaycan cəmiyyətinə də yaxşı məlumdur.

“Biz etimad göstərdiyimiz bir şəxsin belə “jurnalistlər” tərəfindən təhqirlərə məruz qalmasına, deputatımızın cəmiyyətdəki imicinə xələl gətirən bu kimi məqamlara seyrçi qala bilmərik. Milli Məclisdəki təmsilçimizin şərəfi, ləyaqəti bizim şərəfimiz, ləyaqətimizdir. Ona qarşı aparılan “qara piar” eyni zamanda bizə yönəlib. Belə görünür ki, bəzi qüvvələr öz addımları ilə əslində məcburi köçkünləri hədəfə alıblar.
Biz məcburi köçkünlər isə öz şərəf və ləyaqətimizi qorumaqda israrlıyıq. Hüquqi dövlətdə yaşayırıq və bunun yolunun məhkəmələrdən keçdiyini də bilirik. Belələri məhkəmələrdə uduzacaqlarını indidən bilirlər və qəbul ediləcək qərarı bəribaşdan guya, ölkədə söz və mətbuat azadlığını boğmaq kimi qələmə veririrlər. Biz sübüt edəcəyik ki, ölkədə söz və mətbuat azadlığı məhz bunlar tərəfindən hörmətdən salınır. İnsana çamır atmaq, qaralamaq belə qüvvələrin şakərinə çevrilib. Mətbuatı etikadan kənar ifadələr üstündə kökləmək həm də bütövlükdə jurnalistikaya qarşı atılan addımdır. Belələri bu şakərləri ilə bütövlükdə mətbuatı gözdən salırlar.  
Anonim, yoxlanılmayan, yalan, böhtan dolu məlumatı qəzet səhifələrində vermək peşəkarlıqla nə dərəcədə uyuşan məsələdir? Hər şeydən öncə bu, jurnalist etikasına, onun peşəkarlığına ziddir.
Əminik ki, şərəfi, ləyaqəti olan kəs kimsənin şərəf və ləyaqəti ilə oynamaz”-deyə müraciətdə vurğulanır.

Müraciət müəllifləri bildiriblər ki, minlərlə qaçqın və məcburi köçkünün sosial problemini həll edən, onların mənəvi dayağı olan millət vəkilinə yönəlmiş qərəzli addımları qətiyyətlə pisləyirlər.

“Aidiyyatı qurumlardan bu məsələ ilə bağlı ölçü götürməsini istəyirik. Belə başa düşürük ki, həmin qəzetlər əslində məcburi köçkünlərə ediləcək köməyin onlara göstərilməsini istəyirlər. Amacları budursa, açıq bildrisinlər, öz çörəkpulumuzu onlara verək. Təki insanları təhqir etməsinlər. Artıq məsələdən çıxış yolunu məhkəmlərə müraciətdə görürük”-deyə deputatın seçiciləri bildiriblər.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir