Modern.az

Türkiyədə 716 terrorçu ələ keçirilib

Türkiyədə 716 terrorçu ələ keçirilib

Aktual

8 Noyabr 2012, 15:10

Türk Silahlı Qüvvələrinin apardıqları əməliyyat tədbirləri nəticəsində 716  PKK üzvü həbs edilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, cari ildə terrora qarşı mübarizə tədbirləri nəticəsində 716 terrorçu zərərsizləşdirilib.  Oktyabr ayı içində 75 terrorçu saxlanılıb.

Bildirilir ki, PKK-ya qarşı başlanana əməliyyatlar zamanı 496 terrorçu öldürülüb, 21 nəfər isə yaralı ələ keçirilib, 44 terrorçu tutulub, 155-i isə təslim olub.

Qeyd edək ki, terrorla mübarizə nəticəsində 2010-ci ildə 431,  2011-ci ildə isə 694 terrorçu zərərsizləşdirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?