Modern.az

Bəşər Əsəd: "Mən kimsənin kuklası deyiləm"

Bəşər Əsəd: "Mən kimsənin kuklası deyiləm"

8 Noyabr 2012, 15:57

Suriya prezidenti Bəşər Əsəd yenidən qərb dövlətlərini təhdid edib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Əsəd “Russia Today” kanalına müsahibəsində qərb ölkələrinin Suriyaya müdaxilə etməsindən çəkinmədiyini açıqlayıb. Suriya prezidenti son günlər ölkədə baş verən olaylara toxunaraq Qərbin hərbi müdaxiləsini gözləmədiyini bildirib.

Suriya dövlət başçısı ölkədən ayrılacağı istiqamətindəki gedən söz-söhbətləri də qəti şəkildə təkzib edib. “Kimsənin kuklası deyiləm", - deyən Əsəd qərbə ya da başqa bir ölkəyə getməyəcəyini vurğulayıb.

O, bildirib ki, "mən suriyalıyam və Suriyada yaşayıb, Suriyada ölməliyim".

Əsədin əsas müttəfiqi hesab edilən Rusiya tərəfi Suriya ilə bağlı yenidən açıqlama yayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada tərəflərdən heç birinin döyüşü dayandırmaq istəmədiyini, hər kəsin sonuna qədər döyüşməyə niyyətli olduğunu söyləyib.

Lavrovun sözlərinə görə, Bəşər Əsəd vəzifəsini buraxmaqdan imtina edib.

“Ona kim nə deyirsə desin ayrılmayacaq. O razı edilə bilməz. Qərb liderləri və Ərəb qonşularından gələn təhdidlərin də fərqindədir. Müxalifət kimi, Əsəd də qalib gəlməyənə kimi döyüşməkdə qərarlıdır”, -deyə XİN rəhbəri bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər