Modern.az

Dünya Bankı Azərbaycana təklif göndərəcək

Dünya Bankı Azərbaycana təklif göndərəcək

8 Noyabr 2012, 16:52

ABŞ və Braziliyada səfərdə olan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin  (DİGİB) sədri Vüsalə Hüseynli səfər çərçivəsində bir sıra görüşlərlə yanaşı, Dünya Bankı İnstitutunun gənclər komandası, beynəlxalq əlaqələr və anti-korrupsiya üzrə vitse prezidenti  Sanjay Pradhanla görüşüb. QHT sədri S.Pradhana Azərbaycanda gənclərin inkişaf səviyyəsi, Azərbaycan dövlətinin gənclər siyasəti, gənclərin proyeklərinin inkişafı üçün yeni yaranmış Azərbaycan Gənclər Fondu barədə ətraflı məlumat verib. Xanım Hüseynli İnstitutun rəhbərliyinə Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evindən məcburi köçkün düşən gənclər barədədə məlumat verərək, ona Qarabağın işğalı, erməni vəhşiliklərini əks etdirən materialları təqdim edib.

Öz növbəsində Azərbaycan haqqında geniş informasiyaya malik olduğunu söyləyən  Sanjay Pradhan İnstitutun gənclər komandasının işində Azərbaycan gənclərinin də töhvə verdiyini bildirib. Söhbət əsasında Bank  tərəfindən maliyyələşdirilən gənclər komandasının  digər ölkələrdə olduğu kimi Azərbaycanda nümayəndəliyinin açılması məsələsi müzakirə olunub. Pradhan bildirib ki, yaxin zamanlarda bununla bağlı Azərbaycana təklif göndəriləcək.  Sonda Pradhan  “Gənclərin Global Antikorrupsiya Şəbəkəsinin” (GYAC)  eksperti kimi  gördüyü işlərə görə, QHT sədrinə təşəkkur edib və birgə layihələrin uğurlu olacağına əminlik vurğulayıb.



Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir