Modern.az

Qohumuna 18 bıçaq zərbəsi vuraraq qətlə yetirdi

Qohumuna 18 bıçaq zərbəsi vuraraq qətlə yetirdi

Hadisə

18 Sentyabr 2021, 09:19

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə İmişli rayonunun Çaxırlı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu münaqişə zəminində qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğlunu 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

 

A.Mürsəlov polis tərəfindən saxlanılıb.


Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?