Modern.az

“Şuşada yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə

“Şuşada yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə

18 Sentyabr 2021, 15:11

“Şuşa mədəniyyət paytaxtıdır, burada yaşayış bir çox şəhərlərdən fərqli olacaq”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

 

A. Kərimov deyib ki, Şuşada ağır sənaye müəssisələri olmayacaq, sırf turizm və mədəniyyət yönümlü obyektlərin inşası və inkişaf etdirilməsi nəzərdə tutulur: “Bu məqsədlə də Azərbaycan Prezidenti tərəfindən Şuşa Dövlət Qoruğu İdarəsi yaradılıb. Bu Qoruq İdarəsinin fəaliyyəti çox geniş miqyaslı olacaq, Xüsusi Nümayəndəliyin nəzarəti altında bu fəaliyyət aparılacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir