Modern.az

Misir Mərdanovdan müəllimlərlə bağlı yeni əmr

Misir Mərdanovdan müəllimlərlə bağlı yeni əmr

9 Noyabr 2012, 14:22

Modern.az saytı xəbər verir ki, təhsil naziri Misir Mərdanov 2012/2013-cü dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında
əmr imzalayıb.
Təhsil Nazirliyindən saytımıza verilən məlumata görə, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak üçün sənədlərin qəbulu 2012-ci il noyabrın 15-dən başlanır və dekabrın 25-də başa çatır. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə tabeliyindəki ümumi təhsil müəssisələrində əmrin élan edilməsi barədə taşğırıq verilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı