Modern.az

Dünyanın siyasi paytaxtında Azərbaycan nümayəndəliyi açılır

Dünyanın siyasi paytaxtında Azərbaycan nümayəndəliyi açılır

9 Noyabr 2012, 15:22

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) noyabrın 13-də Belçikanın paytaxtı Brüssel şəhərində öz nümayəndəliyinin açılış mərasimini keçirəcək. Bu barədə Modern.az saytına ARDNŞ-dən məlumat verilib.
Bildirilib ki, nümayəndəliyin açılması ARDNŞ-ın maraqlarından irəli gəlir. Bununla şirkət Azərbaycan neft siyasətini dünyanın siyası mərkəzi hesab edilən bir məkanda davam etdirəcək. Şirkətdən verilən məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirak edəcəyi açılış mərasiminə Azərbaycanın hökumət nümyəndələri, Milli Məclisin üzvü Fuad Muradov və digər təmsilçilər qatılacaq.

Qeyd edək ki, ARDNŞ indiyədək Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Qazaxıstan, Rumıniya, Türkiyə, Ukrayna, İran, İsveçrə, ABŞ-da da öz nümayəndəliyini açıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır