Modern.az

18 əcnəbi jurnalist ermənilərlə təmas xəttində - FOTO

18 əcnəbi jurnalist ermənilərlə təmas xəttində - FOTO

9 Noyabr 2012, 16:30
“Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan Türk dövlətlərindən və  toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı millət vəkili, Avrasiya Benyəlxalq Araşdırmalar İnstutu İB-nin sədri  Qənirə Paşayevanın  və  Dünya  Gənc Türk Yazarlar Birliyinin Başqanı Əkbər Qoşalının  müşayiəti ilə öncə Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Əlibəyli və Hacalı  kəndinə  baş  çəkiblər.  Burada qonaqlar  Ermənistan tərəfindən iri çaplı silahlarla  vurulmuş məktəblə, evlərlə tanış olublar, ermənilərin snayperlərlə hədəfə alaraq yaralıdıqları kənd sakinləri  ilə görüşüblər, kənd sakinləri ilə söhbət aparıblar.
Qənirə Paşayeva və kənd sakinləri Ermənistan Silahlı Qüvvələrinin mütəmadi  şəkildə  atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində  işləyən insanları snayperlərlə hədəfə alması kimi vardalizm aktları barədə məlumatlar veriblər və qonaqlar snayperlərin hədəfinə məruz qaln kənd sakinləri ilə söhbət ediblər. 
Kənd sakinləri bildiriblər ki, xüsusilə bayram günlərində Ermənistan atəşkəsi pozaraq sivil insanların bayramını pozmaq, öz əkin sahələrində, həyətlərində işləyən insanları snayperlərlə hədəfə alaraq onlara əziyyət etmələrində, kəndə gələn suyu buraxmamaqda Əlibəyli kənd sakinlərinin bezərək buradan çıxıb getməsini istəyirlər ki, buna heç zaman nail ola bilməyəcəklər. Nəinki çıxıb getmək, kənd sakinləri yeni evlər tikərək düşmənə arzularının gözlərində qalacağı mesajını verirlər.
Daha sonra qonaqlar ermənilərin  içərisinə partladıcı yerləşdirərək kəndə  gələn kiçik  çaya atdıqları oyuncağın partlaması nəticəsində həlak olmuş 13 yaşlı Aygün Şahmalıyevanın qəbrini də ziyarət ediblər. Sonra Tovuz rayonunun  Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndinə  səfər emiş qonaqlar kəndlə tanış olublar və kənd sakinləri ilə görüşüblər. Qonaqlar kənd sakinləri ilə ətraflı fikir mübadiləsi aparıblar.



Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı