Modern.az

Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı

Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı

Hadisə

20 Sentyabr 2021, 07:42

Gorus-Qafan yolu istiqamətində Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Azərbaycan tərəfi ötən axşam saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yaymışdı. Həmin şəxslərin Gorus-Qafan yolu istiqamətində azıb Azərbaycan tərəfinə keçdiyi bildirilirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı