Modern.az

Bu şəxslər koronavirusa təkrar yoluxduqda AĞIR KEÇİRİR

Bu şəxslər koronavirusa təkrar yoluxduqda AĞIR KEÇİRİR

20 Sentyabr 2021, 10:55

Adətən koronavirusa təkrar yoluxma halları çox az rast gəlir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir. Lakin istisnalar da mövcutdur, bu çox güman ki, həmin şəxsdə immun sistemin zəif olması və ya yanaşı xroniki xəstəliklərin olması ilə əlaqədardır.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

T.Eyvazov bildirib ki, mutasya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasya olmuş ştamlarla da təkrar yoluxma hallarına aid etmək olar:

 

“Təbii ki, mutasya olunmuş ştama qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.(Trend)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir