Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

 

Modern.az-ın məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

 

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, hadisə zamanı azı 6 nəfər öldürülüb, 8 nəfər isə yaralanıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb. Onun universitetin tələbəsi olduğu bildirilir.