Modern.az

Rusiyadakı seçkilərdə diqqətçəkən məqamlar: Kommunistlərin irəli çıxması... - ŞƏRH

Rusiyadakı seçkilərdə diqqətçəkən məqamlar: Kommunistlərin irəli çıxması... - ŞƏRH

20 Sentyabr 2021, 11:53

Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Belə ki, səhər saat 08:00-a olan məlumata əsasən, hakim “Vahid Rusiya” Partiyası səslərin 48,65%-ni, Rusiya Kommunist Partiyası 20,22%-ni, Liberal-Demokrat Partiyası sə 7,66%-ni toplayıb.

 

Növbəti yerlərdə “Ədalətli Rusiya – Vətənpərlər – Ədalət Uğrunda” (7,42%), “Yeni İnsanlar” (5,51%), “Pensionerlər” (2,58%), “Rusiya Kommunistləri” (1,34%), “Yabloko” (1,08%), “Yaşıllar” (0,84%) partiyaları yer alıb.

 

Qonşu ölkədəki parlament seçkiləri haqqında Modern.az-a danışan politoloq Zaur Məmmədov prosesdə diqqət çəkən məqamlara toxunub:

 

“Navalnının "Ağıllı səsvermə" təklifi kiçik partiyaların səsləri parçalamasının qarşısını aldı və Züqanov 1996-cı ildən bəri ilk dəfə bu qədər çox səs əldə etdi.

 

Rusiyadakı parlament seçkilərindəki "ağıllı səsvermə" taktikası bütün dünya üçün bir presendent oldu.

 

Kommunist Partiyasının 20 % civarında səs toplamasının digər səbəbləri- onların məcburi vaksinasiya əleyhinə ( Levada sorğu mərkəzinin hesabatına görə, bu gün Rusiyada vətəndaşların 50 %-i faktiki məcburi vaksinasiyanın əleyhinədirlər) və pensiya yaşı ilə bağlı qanunun əleyhinə çıxmaları oldu.

 

Öz növbəsində, parlamentə son 20 ildə ilk dəfədir ki, beşinci partiya daxil oldu- "Yeni insanlar". Burada da maraqlı texnologiyadan istifadə edilib. “Faberlic” kosmetika şirkətinin regionlardakı filialları, vergilərin vahid halda yığılması ilə bağlı bəyanatları, partiyanın adındakı cəlbedicilik onun uğurlarında əhəmiyyətli rol oynadı”.

 

Xatırladaq ki, sentyabrın 17-19-u aralığında keçirilən seçkilərdə siyasi partiyalar proporsional qaydada iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir