Modern.az

“Koronaya yoluxan cavanlar tez ağırlaşır”

“Koronaya yoluxan cavanlar tez ağırlaşır”

Aktual

20 Sentyabr 2021, 13:12

“Hazırda ölkəmizdə karonavirusun “Delta” variantı yayılmaqda davam edir”.


Modern.az-ın məlumatına görə, bunu infeksionist Vüqar Cavadzadə bildirib.

 

Həkim son həftələrdə xəstəliyə yoluxan cavan şəxslərin daha tez ağırlaşdığını müşahidə etdiyini deyib:

 

““Delta” variantı cavanlar arasında daha çox ağciyərlərin genişhəcimli zədələnməsi ilə müşahidə olunur”.

 

İnfeksionistin sözlərinə görə, KT müayinəsində ağciyərlərin 70, 80 hətta 90% zədələnməsi aşkar edilir:

 

““Delta” variantı cavan şəxlərdə yüksək hərarətlə davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər genişhəcmli zədələnir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür