Modern.az

Sabah parlamentin daha iki komitəsi iclas keçirəcək

Sabah parlamentin daha iki komitəsi iclas keçirəcək

20 Sentyabr 2021, 13:25
 

Sabah Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasda 2021-ci ilin yaz və növbədən kənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

 

Bundan başqa sentyabrın 21-də parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin iclası olacaq. İclasda aşağıdakı məsələlər müzakirə ediləcək:

 

1.2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə Hesabat. 

 

2.Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi.

 

3.Cari məsələlər.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı