Modern.az

Dəli olasan ay qız

Dəli olasan ay qız

10 Noyabr 2012, 13:07


SƏSSİZ  SƏMİRSİZ

Səssizcə gəlmişdim sənin ömrünə
Çıxıb gedəsiyəm səssiz səmirsiz.
Nə bəhanə edib, nə də küsəcəm,
Susub dinməyəcəm, səssiz səmirsiz.

Bu nağıl örümün gərəyi idi,
Özüm uydurmuşdum gərəyim idi,
Elə sakitdir ki, ürəyim indi
Səsim də qalmayıb, ünüm səmirsiz. 

O nağıl nənəmin nağılı deyil,
Onun qəhrəmanı ağıllı deyil,
Gözlədiyim igid ağ atlı deyil,
Yüyənsiz at minib, beli kəmirsiz.

Nə yaxşı, yağışı, qarı olmdı
Uzun gecələri yarı olmadı,
Yarım deyəcəkdim, yarım olmadı,
Ya mən səbr etmədim, ya o səbirsiz.

Dedim bəlkə gülər bəxtim üzümə,
Bir nağıl uydurdum özüm özümə,
Bir kimsəm də yoxdur, silə gözümün-
Qaynar bulağını, səssiz səmirsiz.

(Tiflis, avqust 18)

***

BİR DOST XƏYANƏTİ, NİSGİLLİ SEVGİ 

 Bir topa qar, bir ovuc yağış, bir də bulaq...

Elə bilirdim hamısı mənə qalacaq.

Qışda qarını sevdim--əridi getdi.

Yaz yağışlarının leysanında

                 Göz yaşımı gizlətdim.

Həsrətindən təşnə ürəyimin acısını

Bulaqların suyu ilə

                          soyuda bilmədim.

Yağışlar küçələri yudu,

Tozlu çiçəkləri yudu,

Çəmənləri doyurdu,

Məni ovuda bilmədi.

Leysanlar tökdü gözlərim,

Yağış dayandı,

Gözlərimin yaşı dayanmadı.

Günəş yanağımda qurutdu göz yaşlarımı.

Sonra dodaqlarım qurudu,

Həsrətdən  çat-çat oldu.

Bir bulaq axtardım

Dərdimi deyəm....

Çeşməsində gözlərimin nəmini yudum,

Dərdimi danışdım,-- bulaq ağladı.

Dedi ki, təşnəmi, həsrətimi ovuda bilməyəcək,

Çünki onun da ürəyində

Bir sevgi nisgili, bir dost xəyanəti var.

15 sentyabr 2012.

**** 

RÖYADA GÖRDÜM Kİ...  
 

Tərk etmişdi odasını,
Ruhum könlümə qayıdıb.
Alım onun qadasını,
Düşüb çəminə qayıdıb.

Viran olan könül bağım,
Yenə gül çiçək açacaq.
Uçub gedən bülbülləri,
Gəlib nəğmə oxuyacaq. 

Qarmaqarışıq evimi,
Sahmana salanım gəlib.
Kefimi soran yox idi,
Qayğıma qalanım gəlib. 

Könlümdə yaz havasıdır,
Eşqim bir saz  havasıdır,
Həmişəlik qalasıdır,
Amanım-gümanım gəlib. 

Bu nə yuxu, nə röyaydı,
Qeybdən səs gəldi ayıldım,
Sən demə canım almağa,
Əzrayıl cananım gəlib. 

15 sentyabr,2012.

 ***

 DƏLİ OLASAN AY QIZ

Anan  ölsün sənin ay qız,
Məni belə ağlar qoydun.
Bir payızda çəkib dağı,
Xəzan vurmuş bağlar qoydun.

Yağışlar göz yaşım oldu,
Buludlar sirdaşım oldu,
Qürbətə gedən yolumda -
Sinəm üstə dağlar qoydun.

 Əhdi peymanı unutdun,
Əhdi peyman tutsun səni.
Saçların ruzgar yolsun,
Qara çovgun vursun səni. 

Əlini verdiyin əllər,
Yanıb külə dönsün ay qız.
Sevirəm dediyin aşiqin
 Qabağında ölsün ay qız.

 Tək qalasan yana yana,
Əl uzadasan allaha.
Tanrı dadına çatmaya,
Dəli olasan ay qız. 

Məni məndən eləmisən,
Taleyimə gileyimsən.
 Bütün dünyanı dolaşıb ,
Qapımda qalasan ay qız.

 6 oktyabr. 2012.

****

MƏNİ SAXLAMAGA ÇATARMI GÜCÜN?!
 

Sənin həsrətinin ürəyin üzüb,
Qəfil görüşünə gələcəyim var.
Hələ xəbərin yox, hələ bilmirsən,
Məni ünvanına gətirir yollar.

Gülüşüm həmindir,
Şaqraq, havalı....
Havalı könlünün dağ havasıyam.
O qədər həsrətdir gözüm gözünə,
Baxsam gözlərinə kövrələsiyəm.

Bilirsən nə qədər bahar keçibdir,
Döyübdü yağışlar, küləklər məni.
Qərib səhralarda yol itirmişəm,
Məni gözləyənim Ag Məsciddəmi?!

Əlçim buludlara baxıb ....
Könlümü,
Mən çox ovutmuşam,
Yağış yağmayıb.
Bir dəli sevginin həsrəti ilə,
Yanmışam—
Yenə də yağış yağmayıb.

Çəkib sınaqlara, imtahanlara,
Naqislər önundə əyilməmişəm.
Nə qədər güc verib sevgili Tanrım,
Elə həminkiyəm, dəyişməmişəm.

Gülüşüm həmindir,
Şaqraq, havalı.
Təkcə ürəyimdə qəm karvanım var.
Gəlsəm qapınıza bu qəm yüküylə,
Kim qolların açar, qonaq saxlayar?!

Ay həsrət gözləri yollara baxan,
Məni saxlamağa çatarmı gücün?
Eşqi buludlarda yol azan mənəm,
Dönsəm, deməzsən ki, qayıtdın neyçün?
                                     
Daşkənd. 16 iyul, 2012.

 ***

NƏ DEYƏSƏN BELƏ DƏNİZƏ!

Aramızda dəniz boyda
bir ayrılıq 
Görüşmək istəyirik….
Dalğalar kəsir yolumuzu.
Aramızda dəniz boyda
bir ayrılıq
Nə qədər istəsək də
Görə bilmirik bir-birimizi.

Nə yaman, nə keçilməz olurmuş
Arasında dəniz olan ayrılıqlar.
Mən dənizi dəniz kimi
sevirdim
Bilmirdim ki, araya ayrılıq
sala bilər.
Sən dənizi mənim kimi
sevirdin 
Bilməzdin ki, qəzəbli
dalğaları, tufanları
düşəcək aramıza. 
Nə deyəsən belə yazıya,
Nə deyəsən belə dənizə,
Hardan ayrılıq saldı aramıza….

2009, Sumqayıt
Tiflis, avqust, 2012      


**** 

UNUT , UNUDA BİLDİKCƏ 

Rəfiqəmin mənə etibaar etdiyi gündəliyini oudum. Təsirli məqamları var idi həyatının. Onun tələskən yazdığı hisslərini mən də  ipə sapa düzdüm. Hələ ardı da olacaq. 

Onlar ötüb keçən olsun,

Məni saxla yaddaşında.

Deyim nələri unutma:

Gəzdiyimiz küçələri,

Bizə həmdəm gecələri.

Ulduzların işığını,

Təmiz səhər mehlərini,

Günəşin şəfəqlərini,

Sübhü birgə açdığımız,

Şehində yuyunduğumuz,

O səhərləri unutma.


O şəhərləri unutma,

Dolanbac yolların keçib,

Əyri-üyrü çığırların,

Dağları-dərələrini,

Qaranlıq tunellərinin…

Sonunda görünən işıq yadındamı?!

Üşaq kimi sevindiyin yadındamı?!

Yağışına qərq olduğumuz gecəni—

Unutmaq belə asandır,

Leysanında gözlərimin yaşın sildiyin gecəni

 unutmaq belə asndır?

Unutma, ömrüm unutma?

 

Hərdən sənin dəliliyin,

Hərdən mənim dəliliyim tutan

O dəli günləri unuda biləcəksən ki?

… Hər gün təzə -tər bildiyin,,

Görüşünə tələsdiyin,

O gözəllər, o çiçəklər – bir günlükdür,

Gülüşləri, sevgiləri—bir günlükdür,

İstisində qızındınmı? Qızınmadın…

Atəşində yanmağın da ötüb keçdi…

O sevgilər keçicidi…

… Budue bud a yol ayrıcı --

Qarşında gör neçə çığır haçalanıb,

Heç birində yol qalmayıb,

Tanıdığın o yolları,

 dəyişdirib  o ulduzlar, o bir gecəlik qızlar…

Yolun yoluma sarıdır,

Bu tanrıdan ismarıcdır—

Məni sənə buta verib,

Yuxuma gələn övliyam,

Ona görə eşqi belə alovluyam.

Unutsan da yaradanım qoymayacaq,

Yollarını yollarıma bağlayanım, qoymayacaq—

Unudasan… Unutmaq bəs belə asan?

Yox ay, ömrüm, səadətim…

Ay gecikən məhəbbətim.

Yadındadır: sual etdim, soruşdum ki,

“Bir az gecikənlə bir az tələsən…”

Söylədin ki, sən gecikmiş taleyimsən….

İndi özün deyən kimi:

“Unut, unuda bildikcə…”

Deyim daha nələr qaldı,

Daha nələri unutma:

Ovcundakı dodağımın izlərini,

Gözlərində batıb qalan gözlərimi,

Əllərimin istisinə, üzrəyimin nisgilinə.

Şer yazdığın—gecələri unutma,

Unutma, ömrüm unutma.

Bir də yadından çıxmasın:

Bir cisimdə iki can tək

Bir yaşayan ruhumuzu,

Arzu –diləklərimizi,

Sevincli günlərimizi,

Daha nələrimiz qaldı?!

Mən unutdum, səndə qaldı?!

İndi sən yaz:

Unuda bilərsənmi?!


22 sentyabr, 2012. Səhərin alatoraninda 05:45.


****

 Məni o dənizə bənzədin dostlar,

Mas mavi suları göz yaşlarımdır.

Mənim o dənizə bənzərim də var,

Nəgməsi ən qəmli laylarımdı.

 

Ruhumu aparıb, özünə çəkib,

Dərdimi , sərimi içinə çəkib,

Sonra agrılardan bir nalə çəkib,

Ağlayan, çağlayan dalğalarımdı.

Dəniz eşqim dəryalarda qərq olub,
Dənizlər dinləyib dərdə qərq olub,

Balıqlar dözməyib dərbədər olub,

Yolunu çaşıbdı  balıqlar  indi.


***

BİR PAYIZ AXŞAMI DÜŞÜNDÜKLƏRİM…. 


Məni sevib tərk elədin, ömrümü qışa bələdin,
Sazaqlara qər elədin, tufanlarında alışdım.

Eyləmə haqsızlıq belə, atma məni əldən-ələ.
Əlimdən tut, ölüm belə, məhəbbətinə qarışım.

Dəli etmə bilə-bilə, eşqində olmuşam kölə,
Qorxuram düşərəm dilə, izn ver sənlə barışım.

Bağışlayan Allahım ol, bir silinməz günahim ol,
Varlığım, qibləgahım ol, yenə də sənlə qovuşum.

Atma getmə bu yerlərdə, çox tənhayam qərib eldə,
Dərmanım , gümanım səndə, sətirlərində alışım.

Havam sən, nəfəsim sənsən, mənim bahar taleyimsən,
Bu dəfə də “yox” söyləsən, ölüm torpağa qarışım.

Zuleyxa ibadət etdi, axırda kamına yetdi,
Böyük Allaım eşitdi, mən sənə ondan danışım?!

Salma məni gözdən iraq, eyləmə könlündən qıraq,
Yenə ruhumuz bir olaq,   röyalarına qarışım.

Şirin dillə  dindir məni, gör necə sevirəm səni,
Eşqində bu divanəni , eylə bəxtəvər dolaşım.

Badədə şərabın olum, təşnəsənsə abın olum,
Çəkməyə gülabın olum, busələrində alışım.

Daşkəndin  payızı yaman duyğulandırdı məni…. 
10 sentaybr 2012.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir