Modern.az

Rusiyanın müəllim-professor heyəti Xankəndində səfərdə olub - QARA SİYAHI

Rusiyanın müəllim-professor heyəti Xankəndində səfərdə olub - QARA SİYAHI

10 Noyabr 2012, 13:23

Rusiya Federasiyası ali məktəblərinin bir qrup professor-  müəllim heyəti Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərinə səfər edib.
Modern.az bildirir ki, alimlərdən ibarət heyət qondarma “DQR”-də açılmış “Mesrop Maştos” Universitetinin 15 illiyi ilə bağlı keçirilən elmi konfranda iştirak edib. Noyabrın 3-4 arası keçirilən bu konfransa Rusiyanın və digər ölkələrin nümayəndələri qatılıb. Rus nümayəndə heyəti jurnalistlərə açıqlamasında “Rusiyanın bu möcüzəli və gözəl diyar və onun imkanları barədə hələ çox az bilgiyə malik olmalarından təəsüfləndiklərini” bildiriblər.    

Rusiya nümayəndə heyətinin tərkibi Rostovdakı Cənub Federal Universitetinin nəzəri politologiya kafedrasının müdiri, siyasi elmlər doktoru Sergey Potsuleyev, professor Valeri Konavalov, Pyatoqorsk Dövlət Linqivistika Universitetinin professoru, tarix elmləri doktoru Yuri Klıçnikov və tarix elmlər namizədi Viktor Akopyandan ibarət olub. 

Qeyd edək ki, Azərbaycan XİN-i xarici ölkələrə nümayəndə heyətləri ilə Dağlıq Qarabağa getməmək çağırışı ünvanlayıb. Çağırışda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ torpaqlarının işğal altında olduğu vurğulanır və belə səfərlərin arzu olunmadığı bildirilir. XİN bu qaydaları pozanlar üçün xüsusi “qara siyahı” hazırlayıb.

X.SƏFƏROĞLU
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər