Modern.az

“Kurtlar Vadisi”nin sirləri - MARAQLI

“Kurtlar Vadisi”nin sirləri - MARAQLI

İqtisadiyyat

10 Noyabr 2012, 14:06

Artıq 10 ildir ki, ekranda olan “Kurtlar Vadisi” serialı bu günə qədər bir çox maraqlı məqamlara yadda qalıb. Modern.az türk mətbuatına istinadən bildirir ki, 10 ildə 77 əsas obraz ölərək serialdan ayrılıb. Başqa özəlliklər isə bunlardır:

– tamaşaçılara səviyyəli bir təqdim etmək üçün Pana Film heç bir xərcdən qaçmır. Filmin bəzi səhnələri İstanbuldan kənarda çəkilir.

– serialın bir bölümü 5 günə çəkilir, 2 gün montaj olunur və dublyaj 1 günə edilir.

– Polat Alemdarı oynayan Necati Şaşmaz daha çox yorulur. Belə ki, hər səhnədə göründüyü üçün həftənin 4 günü çəkilişlərdə olur.

– ən çox diqqət çəkən məqamlardan biri də geyimlərdir. Polat Alemdar və yoldaşları hər zaman kostyum geyinirlər. Onlar daha çox qara, boz və mavi rənglərə üstünlük verirlər. Köynəklərdə mavi və ağ rəngdə olur. Aktyorlardan ancaq “Güllü Erhan” qırmızı rəng köynək geyinir. Oyunçular kostyumda qalstukdan istifadə etmir, sadəcə dəsmaldan istifadə edirlər.

– geyimlər bir neçə həftə əvvəldən hazırlanır. Səhnələrə görə hansı geyimlərdən istifadə edilməsinə qərar verilir.

– çöldə çəkilən silahlı qarşıdurma səhnələrində isə aktyorların rahat olması üçün xüsusi maşınlardan istifadə edirlər.

Sevinc

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı