Modern.az

Türkiyədə daha 231 nəfər virusdan ölüb

Türkiyədə daha 231 nəfər virusdan ölüb

Dünya

20 Sentyabr 2021, 23:20

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 231 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 346 435 nəfərdən test götürülüb, onların 27 688-nin testi pozitiv nəticə verib, 27 949 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.1%-ə bir doza, 68.13%-ə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı