Modern.az

Livanda yeni hökumətə etimad göstərildi

Livanda yeni hökumətə etimad göstərildi

20 Sentyabr 2021, 23:57

Livan parlamenti sentyabrın 10-da qurulan yeni hökumət kabinetinə etimad göstərib.

 

Modern.az xəbər verir ki, parlamentdə yeni hökummətin fəaliyyət planı müzakirə edilib.

 

Nəcib Mikatinin Baş naziri olduğu hökumət kabineti 24 üzvdən ibarətdir.  Mikati kabinetini “xilasetmə hökuməti” olaraq təqdim edib.

 

“Hökumət həm daxild, həm də xaricdə Livan hökumətinə olan inamı bərpa etməyə çalışacaq və çöküşü dayandıraraq inkişaf prosesinə başlayacaq”, - deyə o qeyd edib.

 

Etibar səsverməsindən sonra Baş nazir Beynəlxalq Valyuta Fondu (IMF) ilə qısa və orta müddətli bərpa proqramına əsaslanan dəstək üçün danışıqlara başlayacaqlarını bildirib.

 

Xatırladaq ki, 2020-ci ilin avqustunda Beyrut Limanında baş verən partlayış Livandakı iqtisadi problemləri daha da ağırlaşdırdı və yeni hökumət böhranına səbəb oldu. Partlayışdan sonra hökumət istefa verdi və yeni hökumətin qurulması 13 ay çəkdi.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır