Modern.az

“Qarşıya qoyulan məqsədlərə nail olunub” - Pakistanlı general

“Qarşıya qoyulan məqsədlərə nail olunub” - Pakistanlı general

Aktual

21 Sentyabr 2021, 09:54

“Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur".

 

Modern.az xəbər verir ki, bunu Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn deyib.

 

Pakistanlı general bildirib ki, təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir.

 

“Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunub. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

 

Qeyd edək ki, sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayıb. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması olub. "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!