Modern.az

“Birgə təlimlər davam edəcək” - Türkiyənin XTQ komandanı

“Birgə təlimlər davam edəcək” - Türkiyənin XTQ komandanı

21 Sentyabr 2021, 10:00

“Üç qardaş-2021” təlimi uğurla tamamlanıb. Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan deyib.

 

Türkiyə XTQ-nin komandanı qeyd edib ki, üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir.

 

Qeyd edək ki, sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayıb. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması olub. "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi