Modern.az

Arvadını yumruqla öldürən kişi TUTULDU

Arvadını yumruqla öldürən kişi TUTULDU

21 Sentyabr 2021, 12:35

Sentyabrın 21-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Oğuz Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin əri 1958-ci təvəllüdlü Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Nəticədə  Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir