Modern.az

Peyvənd olunanların sayı AÇIQLANDI

Peyvənd olunanların sayı AÇIQLANDI

21 Sentyabr 2021, 19:11

Azərbaycanda son sutkada 65849 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 16737 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 49112 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 8043423 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4636579 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3406844 nəfərdir.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır