Modern.az

Türkiyə Paris sazişini təsdiqləyə bilər

Türkiyə Paris sazişini təsdiqləyə bilər

21 Sentyabr 2021, 23:28

Türkiyə oktyabr ayında Paris İqlim Sazişini ratifikasiya etmək imkanlarını nəzərdən keçirəcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.

 

"Gələn ay Paris Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentə təqdim olunacaq. Buraya Ankaranın ekoloji sahədə konstruktiv addımlara uyğun olaraq öhdəlikləri daxil ediləcək", - deyə Ərdoğan vurğulayıb.

 

Paris Sazişi Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin dekabr ayında Parisdə keçirilmiş iqlim konfransı zamanı qəbul edilib, 2016-cı ilin noyabr ayının 4-də qüvvəyə minib.

 

Saziş qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı