Modern.az

Strateji Araşdırmalar Mərkəzinin 5 yaşı tamam oldu

Strateji Araşdırmalar Mərkəzinin 5 yaşı tamam oldu

12 Noyabr 2012, 10:50

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)  yaradılmasının beş illiyi tamam olur. 2007-ci ilin noyabr ayının 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə ölkənin sosial-siyasi və iqtisadi inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların aparılması, ali hakimiyyət orqanlarının proqnoz və təhlil xarakterli materiallarla təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi fəaliyyətə başlayıb.

Yeni elmi-tədqiqat qurumunun yaradılması Azərbaycanın daxili, xarici və iqtisadi siyasəti, ölkədəki sosial proseslərlə əlaqəli məsələlərin təhlili, regional və beynəlxalq münasibətlərə dair strateji araşdırmaların, proqnozlaşdırmaların, sosioloji sorğuların aparılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması və s. istiqamətlərdə fəaliyyətin gücləndirilməsi zərurətindən irəli gəlib.
Strateji Araşdırmalar Mərkəzi daxili və xarici siyasət, iqtisadi məsələlər və qloballaşma problemləri ilə bağlı məsələlərin tədqiqi ilə yanaşı analitik-informasiya, elmi-təşkilatçılıq, elmi-tədris və elmi-nəşriyyat sahələrində geniş fəaliyyət göstərməkdədir.
Dünyanın 17 nüfuzlu beyin mərkəzi o cümlədən, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Rusiya Strateji Araşdırmalar İnstitutu, Varşava Universiteti Siyasi Təhlillər Mərkəzi, Argentina Beynəlxalq Münasibətlər Şurası, Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi, İslamabad Siyasi Tədqiqatlar İnstitutu, Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransa Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Milli Strateji Araşdırmalar İnstitutu, Beynəlxalq Soyqırım və Kütləvi Qırğınları Araşdırma Fondu və başqaları ilə elmi əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
SAM-dan verilən məlumata görə, yaxın gələcəkdə bu əlaqələrin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulub.
Azərbaycanda və bir sıra xarici ölkələrdə SAM əməkdaşlarının  Azərbaycanın beynəlxalq ədaqələrinə, enerji təhlükəsizliyinə, iqtisadi məsələlərə, regional problemlərə, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 10-dək kitabı, onlarca elmi məqalələri müxtəlif dillərdə dərc olunub. Bu gün dünyanın aparıcı beyin mərkəzləri və siyasətçilərinin Strateji Araşdırmalar Mərkəzinin nəşrlərinə və onun dəstəyi ilə çıxan elmi əsərlərə, eləcə də «Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə. Uğurlar və imkanlar», «Resursların lənətinin fövqündə», «Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət», «Azərbaycan – Avropa iddialı ölkə», «20 il ərzində Rusiya-Azərbaycan münasibətləri: tarix və perspektivlər» kitablarına, «Azerbaijan Focus», «Caucasus International», «Strateji təhlil», «SAM-ın şərhləri», «SAM Review» jurnalların marağı artmaqdadır.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir