Modern.az

İƏT-in Baş katibi Elmar Məmmədyarova məktub göndərib

İƏT-in Baş katibi Elmar Məmmədyarova məktub göndərib

Aktual

12 Noyabr 2012, 11:06

İslam Əməkdaşlıq  Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarova təşəkkür məktubu göndərib. Bu barədə Modern.az XİN-nin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, İƏT-nın Baş Katibi Ekmələddin İhsanoğlu nazir   Elmar Məmmədyarova göndərdiyi təşəkkür məktubunda ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata etdiyi könüllü maliyə yardımını yüksək qiymətləndirmiş və dəstəyə görə minnətdarlıq ifadə edib. 

İslam Əməkdaşlığı Təşkilatının Baş katibi qeyd edib ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən qurumun fəaliyyətinə əhəmiyyətli dərəcədə dəstək verib. Azərbaycan 2006-2007-ci illərdə İƏT Xarici İşlər Nazirləri Komitəsinin Sədri kimi təşkilatın On illik Fəaliyyət Planında qeyd edilən məqsədlərə nail olunmasında yüksək səviyyədə və tərifəlayiq rol oynayıb. 

Sonda Sizi əmin etmək istərdim ki, ölkənizin etdiyi bu könüllü yardım İƏT Sammitləri və Konfransları tərəfindən qəbul olunan qətnamələrə uyğun olaraq üzv dövlətlərin gözləntilərinin həyata keçirilməsi üçün sərf ediləcək. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?