Modern.az

Milli Məclisin payız sessiyasının ilk iclası: Nələr müzakirə olunacaq?

Milli Məclisin payız sessiyasının ilk iclası: Nələr müzakirə olunacaq?

22 Sentyabr 2021, 11:44

Xəbər verdiyimiz kimi, gələn həftə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək. Qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Modern.az-ın məlumatına görə, ilk plenar iclasda müzakirə olunacaq məsələlərə artıq komitələrdə baxılıb. 

 

Belə ki, payız sessiyasının ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında", “Gömrük tarifi haqqında”,  Vergi və Gömrük Məcəlləsində dəyişiklər edilməsi barədə məsələlər müzakirə oluna bilər.

 

Bundan başqa iclasda, Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarılması gözlənilir. Bu dəyişikliklər icbari tibbi sığorta sisteminə keçidlə əlaqədardır.

 

Həmçinin, “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunacaq. Bu layihə “Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 4 may tarixli qanundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

 

 “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi də plenar iclasda müzakirəyə hazırdır. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir