Modern.az

Yol polisindən valideynlərə və şagirdlərə XƏBƏRDARLIQ

Yol polisindən valideynlərə və şagirdlərə XƏBƏRDARLIQ

22 Sentyabr 2021, 12:41

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məktəblərin açılması ilə bağlı valideynlərə müraciət edib.

 

İdarənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında nəqliyyat vasitələrindən istifadə edən valideynləri məktəblərin qarşısında sıxlıq yaratmamağa çağırıb:

 

“Doğrudur, valideynlər azyaşlı uşaqları nəzarətsiz qoymamalı, yol hərəkət qaydaları barədə məlumat verməli, məktəblərin qarşısında dayanma-durma qaydalarını pozmamalı, uşaqları piyada keçidlərindən istifadəyə öyrətməlidir. Amma bir uşaq üçün bütün ailə üzvlərinin məktəbə gəlməsinə, süni sıxlıq yaratmasına ehtiyac yoxdur”.

 

Eyni zamanda, şagirdlər də öz növbəsində piyada keçidlərindən istifadə etməli, ictimai nəqliyyatda qaydalara əməl etməlidir”.

 

V.Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilk dərs günü ilə əlaqədar gücləndirilmiş rejimdə çalışırlar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?