Modern.az

Polis təhsil müəssisələrinin yerləşdiyi əraziləri nəzarətə götürdü

Polis təhsil müəssisələrinin yerləşdiyi əraziləri nəzarətə götürdü

22 Sentyabr 2021, 12:13

Daxili İşlər Nazirliyinin (DİN)Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə bağlı ölkə ərazisindəki təhsil müəssisələrinin yerləşdiyi əraziləri nəzarətə götürüb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevin Modern.az-a verdiyi məlumata görə,  polis əməkdaşları tədris müəssisələrinin yerləşdiyi ərazilər, yaxınlıqdakı küçə və prospektlərdə nəqliyyatın sıxlığının qarşısını almaq üçün nizamlayıcı qismində gücləndirilmiş rejimdə xidmət aparırlar:

 

“Bölgələrdə tədris müəssisələrinin qarşısında və yaxın ərazilərdə bir o qədər sıxlıq müşahidə olunmayıb, proses normal keçib.

 

Bakı şəhərində tədris müəssisələri yerləşən küçə və prospektlərdə və ətraf ərazilərdə nisbətən sıxlıq müşahidə olunub. Yol polisi əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini təmin edib, küçə və prospektlərdə nəqliyyatın sıxlığının qarşısı alınıb”.

 

Onun sözlərinə görə, paytaxt ərazisində nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib, baş verə biləcək hər hansısa bir hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir