Modern.az

İnternet jurnalisti, sən kimsən?

İnternet jurnalisti, sən kimsən?

12 Noyabr 2012, 12:18

“Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri

KİV üçün yeni “kabus”, yoxsa gələcəkdən mesaj gətirən “yeni adam?”


Azərbaycanda internetin inkişafı özü ilə bərabər yeni bir seqmenti-“internet jurnalistikası” anlayışını gündəmə gətirib. İnternet əsrində fəaliyyət göstərən müasir jurnalistin işi indi təkcə mətn yazmaqla bitmir. İnternet dövrünün jurnalisti sosial şəbəkələr vasitəsilə auditoriya ilə işləməyi də bacarmalıdır. Bir növ “rəy moderatoru” kimi çıxış etməlidir.

Çap qəzetləri üçün offlayn

Ənənəvi çap mediası (biz onu offlayn adlandıraq), mütəxəssislər indi belə bir sual üstündə baş sındırır: Azərbaycan ictimai kəsimi “yeni media inqilabına” hazırdırmı? Onlayn sistemdə işləyən, xəbər yayan, məlumat bölüşən internet portalları KİV hesab etmək olarmı?

Bunlar müzakirə tələb edən məsələlərdir. İnternet jurnalisitkası 20-ci əsrin sonlarında internetin inkişafı sayəsində təşəkkül tapmış jurnalistikanın yeni sahəsidir. Məhz internet xüsusi texniki avadanlıq olmadan geniş auditoriya üçün informasiya verilişini təşkil etməyə imkan yaratdı. Bununla da demək olar ki, istənilən şəxs KİV yaratmaq imkanını əldə etdi. 

Peşəsi: interjurnalist!

İnrenet KİV-də işləyən jurnalist (internet jurnalisti) bir qayda olaraq ənənəvi jurnalistikanın bir çox atributlarından (teleçəkiliş avadanlığından, səsyazma vasitələrindən, poliqrafik işlərdən) kənarda olur. Bu sahədə mühüm olan jurnalist fəaliyyətinin internetdə hüquqi aspektidir. Faktik olaraq jurnalist yazdığı informasiyaya görə cavabdehlik daşıyır. Amma praktikada bu həmişə belə olmur. Jurnalitikanın fərdiləşməsi geniş populyarlıq qazanmaqdadır. Bu, jurnalistikada yeni təzahürdür. İstənilən şəxs  heç bir məhdudiyyət olamadan informasiya istehsalçısı və yayımçısı kimi çıxış edir.  Şəbəkə KİV-i üçün yazmaq çap mediası üçün yazmaqdan fərqlənir. Bu daha çox yazarların hiss-həyəcanı ifadə etmək baxımından seçilir. İnternet jurnalisti  daim şəbəkədə olmaqla öz oxucusunun “nəfəsini” və onunla kəsilməyən əlaqəni duyur. Onlayn jurnalistlə onlayn oxucu arasında nə redaktor, nə nəşriyyat, nə də mətbəə dayanır. Əlaqə birbaşa, real zaman daxilində baş verir. Bu isə yazının stilini və xarakterini dəyişir. Belə bir hissi həmçinin oxucu da keçirir. Onlayn əlaqədə olan oxucunun yazıdan aldığı təəssürat kioskdan alınan qəzeti oxumaqdan fərqlənir.   

“Kopi-past” əzabları...

İnternet jurnalistikada ən prinsipial məsələlərdən biri müəllif imzasının “yoxa çıxmasıdır”. Şəbəkədə qoyulan yazıya imza qoyula, yaxud anonim saxlanıla bilər. Müəllif hüquqlarının qorunması necə həyata keçirməli? Bir yazı dəfələrlə saytdan sayta “kopi-past” oluna bilər. Nəticədə əsl müəllifin kimliyini müəyyənləşdirmək həddən artıq çətinləşir. Bu məsələdə fikirlər müxtəlifdir. İnternet jurnalistikanın ilk illərində belə bir qənaət vardı ki, KİV-ə aid qanunları internetə şamil etmək olmaz. Odur ki, internetdə yayılan məlumat “hamının müştərək malı” sayılmalıdır. Lakin son illər internet jurnalistikası ilə bağlı qanunvericilik sisteminin formalaşdırılması baraədə rəylər tez-tez eşidilir. Bu isə həddən artıq çətin və mürəkkəb məsələdir. Məsələn, internet qəzetlərin, agentlikərin qeydiyyata alınması ilə bağlı təkliflər bu baxımdan ciddi müzakirə tələb edən məsələdir. 100-lərlə portal və saytı qeydə almaq onun fəaliyyətinə nəzarət etmək praktik baxımdan mümkünsüzdür. Nəzərə alsaq ki, bir sıra domenlər xaricdə qeydiyyatdan keçdiyi üçün bu portallardan qeydiyyat tələb etmək absurddur. Əlac yalınz internet jurnaistikanda peşə və etik kodeksin formalaşdırılması və buna vicdanlı şəkildə əməl etməkdir.

“Vətəndaş jurnalistikası” və jurnalist: kim kimdir?

Xüsüsən bloqçuluğun və sosial şəbəkələrin populyarlığı artıq ənənəvi KİV-də bir sıra narahatçılıqlar yaradıb. Peşəkar jurnalistika və bloqçuluq fəaliyyəti də ən çox dartışılan mövzulardan biridir. Hazırda bir çox mütəxəssislər bu fikirdədirlər ki, peşəkar jurnalistika və bloq, “vətəndaş jurnalisitkası” bir-birini tamamlayır. Belə ki, biri digərinin çatışmayan cəhətlərini ört-basdır edir. Burada nəzərə almaq lazımdır ki, tanınmış bloqçular, sosial şəbəkələrdəki tanınmış profillər heç də qarşılarına peşəkar jurnalistika ilə rəqabət aparmaq məqsədi qoymayıb. Biz yuxarıda qeyd etdiyimiz kimi, onlar öz fəaliyyətlərində yalnız bir-birilərini tamamlayırlar.

Bloqçular üçün əsas olan onlayn şəbəkədə öz maraqlarını, iztirablarını və mövqelərini nümayiş etdirmək, bununla da bu və ya digər insanlarla əalqələr qurmaqdır. Buna görə onlar KİV-lərdən fərqli olaraq çox geniş və hərtərəfli auditoriyaya müraciət etmirlər. Bloğçular öz yazılarını, kommentlərini daha çox ümumi maraqlarını bölüşən fərdi insanlara ünvanlayırlar. Sosial şəbəkədə fəal olan bloqçunun internetdə “ictimaiyyət üçün” mesajı ilə yayımladığı  xəbər, fikir, rəy heç də “bütün ictimaiyyət üçün aktualdır” anlamına gəlmir. Bu məlumatlardan doğan mesaj  əsasən “bu xəbərlə maraqlanan şəxslər üçün əlçatan” anlamına gəlir.

Azərbyacandqa yeni media resurslarının durmadan inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması üçün xeyli imkanlar açır. İnternet jurnalistikanın uğurları ilə yanaşı, xeyli sualları da açıq qalıb. Çünki dünyada müzakirə olunan “internet jurnalistikası” problemləri bizim ölkə üçün də aktuallığını saxlayır.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub