Modern.az

Milli Məclisdə dinləmələr keçiriləcək: Gündəlikdə bu mövzular var

Milli Məclisdə dinləmələr keçiriləcək: Gündəlikdə bu mövzular var

22 Sentyabr 2021, 15:16

Sentyabrın 8-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Bu günə qədər parlamentin 15 komitəsinin iclası keçirilib. Komitələr payız sessiyası üçün iş planını müzakirə edərək təsdiqləyiblər. Bu sessiyada bir neçə komitədə dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

 

Modern.az parlamentin komitələrində keçiriləcək dinləmələri təqdim edir:

 

Əmək və sosial siyasət komitəsində şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 

Səhiyyə komitəsində “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələr olacaq.

 

Mədəniyyət komitəsində dinləmələrin keçirilməsi, xüsusən də Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini palanlaşdırıb.

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmə keçirəcək.

 

Aqrar siyasət komitəsi ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsini planlaşdırıb.

 

İnsan hüquqları komitəsində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır. Bundan başqa, qarşıdakı müddətdə komitədə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. 

 

Regional məsələlər komitəsində aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 

Ailə, qadın və uşaq məsələləri komitəsində "Narkomaniya ilə mübarizə ailə sağlamlığının təməlidir" adlı dinləmə keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir