Modern.az

Azərbaycanda əmək pensiyası alanların sayı açıqlanıb

Azərbaycanda əmək pensiyası alanların sayı açıqlanıb

12 Noyabr 2012, 12:26

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 271 min 210 nəfərə çatıb.

 Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, oktyabrın 1-i tarixinə olan məlumata görə, onlardan 63,1 faizi yaşa, 26,5 faizi əlilliyə, 10,4 faizi ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Cəmi əmək pensiyası alan şəxslərin 39,3 faizi kişilərdən, 60,7 faizi isə qadınlardan ibarətdir. Cari ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,19 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,54 manat təşkil edir.

 Son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır