Modern.az

Türkmənistan sərhədçiləri Azərbaycan bayrağı altında üzən gəmini həbs edib

Türkmənistan sərhədçiləri Azərbaycan bayrağı altında üzən gəmini həbs edib

Ölkə

12 Noyabr 2012, 12:44

Xəzər dənizində içərisində 4 Azərbaycan vətəndaşı olan və Azərbaycan bayrağı altında üzən gəmi Türkmənistana məxsus ərazi sularında saxlanılıb.
Balıqçı gəmisi Türkmənistanın dəniz sərhədçiləri tərəfindən Türkmənistan Respublikasının daxili sularında 30 dəniz mili aralığında həbs olunaraq Türkmənbaşı limanına aparılıb. Gəmi limanda saxlanılandan dərhal sonra 4 nəfər Azərbaycan vətəndaşı - Nefçala sakinləri, kapitan İsrafil Nağıyev, mexanik Kamran Nağıyev, matroslar Nizami Ağacanov və Kənan Əliyev həbs ediliblər.


Modern.az
saytı xəbər verir ki, Türkmənistanda həbs edilən PTR-50 tipli “Uran” balıqçı gəmisi 18 oktyabr 2012-ci il tarixində Xəzər dənizinə bütün liman nəzarətindən və sərhəd xidmətinin komissiyasından keçərək, kilkə balığının ov rayonlarında olmasının yoxlanılması üçün çıxıbmış. Gəmi “Qlobus-5” İKF şirkətinin icarəsində olub.
Həmin gəminin Registr və Dövlət Dəniz Administrasiyasından verilmiş sənədləri də tam qaydasında olub. Dənizə çıxarkən komanda heyətinin, gəminin sənədlərində heç bir qanunsuzluq qeydə alınmayıb və gəmidə qeyri-qanuni balıq ovunda istifadə olunan ov ləvazimatları, narkotik maddə, silah-sursat olmayıb.

4 nəfər Azərbaycan vətəndaşının olduğu gəmi 21 oktyabr 2012-ci il tarixində saat 11:00 radələrində Türkmənistan Dəniz Sərhədçiləri tərəfindən Türkmənistan Respublikasının daxili sularında 30 dəniz mili aralığında qanunsuz olaraq heç bir əsas gətirilmədən Türkmənbaşı limanına aparılıb.

Qanunsuz olaraq həbs olunanların qohumları və “Qlobus-5” İKF şirkəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Baş nazir Artur Rəsilzadəyə və xarici işlər naziri Elmar Məmmədyarova müraciət ediblər.
Müraciətdə qeyd olunur:

“Biz həmin gəminin heyətinin ailə üzvləri yazaraq, sizdən xahiş edirik ki, Azərbaycan Respublikasının bayrağı altında üzən, göyərtəsində 4 nəfər Azərbaycan vətəndaşı olan və vətənimizin kiçik bir hissəsi olan həmin gəminin  qaytarılmasına kömək edəsiniz”.

“Qlobus-5” İKF şirkətinin direktoru Əvəz Babayevin Modern.az saytına dediyinə görə, gəminin 2016-ci ilə qədər üzmə hüququ var. Şirkət direktoru onu da bildirib ki, Türkmənistan sərhədçiləri tərəfindən qanunsuz olaraq saxlanılan gəminin jurnalında heç bir qeyd aparılmayıb. Halbuki, qanuna görə, istənilən dövlətin sularında gəmi saxlanılarsa, bu zaman həmin dövlətin dəniz sərhədçisi gəminin jurnalında qeyd aparmalıdır.  

Müraciəti Nağıyev İsrafil Məmmədhüseyn oğlunun həyat yoldaşı - Nağıyeva İradə;
Nağıyev Kamran Ayaz oğlunun həyat yoldaşı - Nağıyev Kübra;
Ağacan Nizami İsmayıl oğlunun həyat yoldaşı - Ağacanova Vəsilə;
Əliyev Kənan Əliheydər oğlunun anası - Эliyeva Validə;
“Qlobus-5” İKF-nin direktoru - Babayev Əvəz Murad oğlu imzalayıblar.


Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü