Modern.az

Əsəd yenidən Türkiyəni bombaladı

Əsəd yenidən Türkiyəni bombaladı

12 Noyabr 2012, 13:04

Türkiyə Suriya sərhəddində vəziyyət yenidən gərginləşib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə,  bu gün səhər saatlarında Suriyaya məxsus qırıcı təyyarələr Türkiyənin sərhəd bölgədə yerləşən Ceylanpınar vilayətini bombalayıb.  Ərazidə böyük bir partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb. Hadisə nəticəsində ölən olmasa da bir neçə nəfərin yaralandığı bildirilib.

Xatırladaq ki, bu bölgə Türkiyə-Suriya sərhədində yerləşir və bir neçə gün əvvəl Suriyada baş verən atışmalar səbəbi ilə Ceylanpınarda məktəblər tətilə bağlanmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu