Modern.az

Həbsxanaya corabın içində heroin keçirmək istədilər

Həbsxanaya corabın içində heroin keçirmək istədilər

22 Sentyabr 2021, 19:40

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

 

Penitensiar Xidmətdən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum Ceyhun Qəribağa oğlu Qasımova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 1,743 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Cinayət Məcəlləsinin 172.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mirzə Zahid oğlu Nirzəyevə atası Zahid Novruz oğlu Mirzəyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 0,148 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu