Modern.az

Sabahdan qar yağacaq

Sabahdan qar yağacaq

Aktual

12 Noyabr 2012, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 13-dən 15-dək Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlüyü, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır