Modern.az

Bakıda əlillərin problemləri müzakirə edilib

Bakıda əlillərin problemləri müzakirə edilib

Aktual

12 Noyabr 2012, 13:16

Noyabrın 11-də “Days Hotel”də “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin (VMİB) təşkilatçılığı ilə “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində yerli QHT fəalları üçün növbəti seminar keçirilib.

Seminarda yerli QHT və media təmsilçiləri, əlillər, əlil övladı olan valideynlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Təşkilat sədri Emin Xanlarov çıxış edərək tədbir iştirakçılarına həyata keçirdiyi layihə çərçivəsində görülən işlərə dair geniş məlumat verib. O, çıxışında fiziki məhdudiyyətli şəxslərə mövcud potensiallarını dürüst qiymətləndirilmələri və həmin potensialı bu və ya digər fəaliyyət sahəsində gerçəkləşdirmək, beləliklə də, öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmək üçün şəraitin yaradılması günümüzün vacib məsələlərindən biridir. E.Xanlarov qeyd edib ki, bununla bağlı olaraq, müasir dünyada sınanmış mütərəqqi sosial reabilitasiya mexanizmlərinin ölkəmizə gətirilməsi və ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə tətbiq edilməsi işlərinə artıq başlanılıb və bu işdə Vətəndaş Maarifləndiririlməsi İctimai Birliyi fəal iştirak edir.

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İskəndər Mustafayev tədbirdə çıxış edərək sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik, bu kateqoriyadan olan insanların  problemlərin həlli istiqamətində son illərdə görülən işlər, dünyanın inkişaf etmiş ölkələrində bu problemə müasir yanaşmalar, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Beynəlxalq Konvensiya”nın ratifikasiyasından sonra ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər, qarşıdakı illərdə bu istiqamətdə nəzərdə tutulan mütərəqqi, kompleks tədbirlər barədə ətraflı məlumat verdi.

Tədbirdə “Çernobıl əlillər cəmiyyəti”nin Nizami rayon şöbəsinin, “Qarabağ müharibəsi və şəhid ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin, “Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veterenları Şurasının Nizami rayon şöbəsinin, “20 Yanvar” Cəmiyyətinin Nizami rayon şöbəsinin, “Aərbaycan Qızıl Aypara Cəmiyyəti”nin Nizami rayon şöbəsinin fəalları,  müharibə  əlilləri, veteranlar, əlil övladı olan valideynlər iştirak edirdi.

QHT liderləri və fəalları da tədbirdə fəal iştirak edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini, qarşılaşdıqları problemlər və onların həlli ilə bağlı təkliflərini səsləndirdilər. 

Sonda nazirliyin sektor müdiri İskəndər Mustafayev tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırdı.

Tədbir iştirakçılarına mövzu ilə bağlı maariflənddırici vəsaitlər təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?