Modern.az

Daha bir ölkədə COVID qadağalarına qarşı ETİRAZLAR

Daha bir ölkədə COVID qadağalarına qarşı ETİRAZLAR

Dünya

23 Sentyabr 2021, 00:49

Avstraliyanın Viktoriya vilayətində yüzlərlə şəxs yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd vurulma məcburiyyətinə qarşı etiraz aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, etiraz aksiyaları zamanı nümayişçilərlə polislər arasında qarşıdurma yaşanıb.

 

Qarşıdurmada 200-dən çox etirazçı saxlanılıb. Aksiyalarda iştirak edən 300-dən çox vətəndaşın cərimələndiyi qeyd olunur.

 

Məcburi COVID peyvəndinə qarşı çıxanların etirazlarını sabah da davam etdirəcəyi gözlənilir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı