Arxiv
23 Sentyabr 2021, 16:42 | İQTİSADİYYAT
İran Azərbaycan bazarını itirir? - Ticarət dövriyyəsində kəskin AZALMA

“İran ixrac edən ölkə olaraq ticarət əlaqələrinin qorunub saxlanmasında maraqlı olmalıdır. Əgər ticarət əməliyyatlarının həyata keçirilməsi ilə bağlı hansısa çətinlik olarsa, bu, Azərbaycanın ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək. Çünki Azərbaycanın illik ərzaq idxalı 2 milyon dollara yaxındır. Onun cəmi 2,5%-i İranın payına düşür”.

 

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov İran-Azərbaycan ticarət əlaqələrindən danışarkən deyib.

 

Onun sözlərinə görə, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu ildən azalmağa başlayıb:

 

“İran və Azərbaycan arasında sərhəd dövriyyəsində son illər, xüsusilə 2021-ci ildə azalma qeydə alınıb. Nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi 2020-ci ildə 339 milyon dollar olub. Bu göstərici 2019-cu ildə 500 milyon dollara yaxın idi.

 

Praktik olaraq biz 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki il ilə müqayisədə 32% azalmasını müşahidə etmişik. Qeyd etmək lazımdır ki, İran Azərbaycanın ticarət dövriyyəsində hansısa paya malik olsa da, ticarət dövriyyəsinə xüsusi təsir edən ölkələr sırasında deyil.

 

İki ölkə arasında əgər ticari əməliyyatların həyata keçirilməsində hansısa çətinlik olarsa, bu amil Azərbaycanın ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək.

 

Eyni zamanda, İran-Azərbaycan arasında olan ticarət dövriyyəsinin 300 milyon dolları İrandan olan idxalın hesabına düşür. Bu baxımdan İran ixrac edən ölkə olaraq ticarət əlaqələrinin qorunub, saxlanmasında maraqlı olmalıdır”.

 

 

Parlamentari hesab edir ki, İran məhsulları xüsusi mağazalarda satıldığı üçün supermarketlərdə qiymət artımına iqtisadi zəmin yaratmır:

 

“Bundan əlavə, İrandan məhsulların idxalında hansısa çətinlik olarsa, istehlak bazarında tarazlığı pozmayacaq. Müəyyən sahibkarlar süni şəkildə qiymət artımlarına gedə bilərlər. Amma iqtisadi baxımdan bu gün İranla münasibətlərimizdə hər hansısa çətinlik müşahidə olunarsa, bu, istehlak bazarındakı qiymətlərə təsir göstərməməlidir. Çünki Azərbaycanın illik ərzaq idxalı 2 milyon dollara yaxındır. Onun cəmi 2,5%-i İranın payına düşür.

 

Bununla yanaşı, İran məhsulları xüsusi mağazalarda satılır. Bütövlükdə ərzaq məhsullarının satıldığı supermarketlərdə İran məhsulları kifayət qədər azdır. Bu kontekstdən supermarketlərdə hər hansı qiymət artımı üçün iqtisadi zəmin yoxdur”.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı 16 Oktyabr 2021, 22:08 Braziliyada qayıq batdı - Ölənlər var 16 Oktyabr 2021, 21:53 ABŞ-dan öldürdüyü şəxslərin ailələrinə təzminat TƏKLİFİ 16 Oktyabr 2021, 21:35 Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir? 16 Oktyabr 2021, 21:09 IDEA ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş - FOTO 16 Oktyabr 2021, 21:05 Həmədan eşşəyinin quyruğu... 16 Oktyabr 2021, 20:56 Qatar gənc oğlanı vurub öldürdü 16 Oktyabr 2021, 20:33 Sedat Peker üçün 392 il həbs TƏLƏBİ   16 Oktyabr 2021, 20:29 Bəzi iqtisadi rayon adlarında DƏYİŞİKLİK 16 Oktyabr 2021, 20:16 Cüdoçumuz qızıl medal qazandı 16 Oktyabr 2021, 20:02 Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21