Modern.az

TQDK Təhsil Nazirliyi ilə işbirliyinə başladı

TQDK Təhsil Nazirliyi ilə işbirliyinə başladı

12 Noyabr 2012, 17:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri ilə birgə müzakirələr keçirib.  Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ tam orta məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyinin və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi olub.  Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifi Rafiq İsmayılov və AMİ-nun dosenti Vaqif Qurbanov iştirak ediblər.

Müzakirələrdə TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin ibtidai sinif müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər veriblər.

Növbəti seminar iclasında tam orta məktəblərin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyinin və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi davam etdiriləcəkdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?