Modern.az

Avstraliya hökuməti Azərbaycanın notasına cavab verib

Avstraliya hökuməti Azərbaycanın notasına cavab verib

Aktual

12 Noyabr 2012, 18:05

Avstraliyanın Yeni Cənubi Uels Əyalətinin Qanunverici Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ünvanladığı etiraz notasına Avstraliya tərəfi cavab verib. Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, cavab notasında Avstraliya Hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğu və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadığı vurğulanır. Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilir və bu mövqeyin dəyişmədiyi diqqətə çatdırılır. Avstraliya Hökuməti bu münaqişənin Azərbaycan və Ermənistan Hökumətləri arasında dialoq yolu ilə həllinə ümid edir.

Notada həmçinin Avstraliya hökumətinin ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh danışıqlarını dəstəklədiyi bildirilir. Bununla yanaşı, Azərbaycan Avstraliya ilə əməkdaşlığı həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirir.

Xatırladaq ki, Avstraliyanın 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Bob Karra təbrik məktubu göndərib. Məktubda E. Məmmədyarov Avstraliyanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibəti ilə həmkarını təbrik edib və Azərbaycanın Avstraliya ilə BMT TŞ kimi mötəbər qurum çərçivəsində əməkdaşlıq etmək əzmini diqqətə çatdırıb 

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!