Modern.az

Prezident Ukraynanın müdafiə nazirini qəbul edib

Prezident Ukraynanın müdafiə nazirini qəbul edib

12 Noyabr 2012, 18:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ukraynanın müdafiə naziri Dmitri Salamatınin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Ukraynanın müdafiə naziri Dmitri Salamatin Ukrayna Prezidenti Viktor Yanukoviçin Konstitusiya günü münasibətilə təbriklərini və salamlarını dövlət başçısına çatdırıb. Ukrayna Prezidentinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını deyən nazir ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən prezident  bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Ukraynanın müdafiə naziri Dmitri Salamatınin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Ölkə başçısı Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirərək onun da salamlarını Ukrayna dövlətinin başçına çatdırmağı xahiş edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər