Modern.az

Deputat Küveyt səfirilə görüşdü

Deputat Küveyt səfirilə görüşdü

24 Sentyabr 2021, 13:50

Milli Məclisin deputatı, Azərbaycan Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov Küveytin ölkəmizəki səfiri Səud Əbdüleziz Əlrumi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, maraqlı və faydalı keçən görüşdə iki dövlətin parlamentlərinin dostluq qruplarının fəaliyyəti və gələcək planları barəsində fikir mübadiləsi aparılıb. İki ölkə arasında İqtisadi əlaqələrin inkişaf etdirilməsində, vizanın sadələşdirilməsində, turizmın genişləndirilməsində, iki ölkə arasında hava yolunun açılmasında, iş adamları və investorlar üçün münbit şəraitin yaradılmasında, Biznes Forumların təşkili və keçirilməsində, ticarət dövriyyəsinin artırılmasında, humanitar sahədə əməkdaşlığın gücləndirilməsində, mədəniyyət günləri və sərgilərin təşkilində parlamentlərarası dostluq qruplarının üzərinə düşən vəzifələr barəsində fikirlər səsləndirilib.

 

Qarabağın işğaldan azad edilməsində Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verilib, Prezidentin sərəncamına uyğun olaraq hər il 27 sentyabr tarixlərində Anım günlərinin keçirilməsində dostluq qruplarının iştirakının vacibliyi qeyd olunub.

 

Gələcəkdə də belə görüşlərin keçirilməsi barəsində razılıq əldə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı