Modern.az

“Qarabağın azad edilməsində hərbi texnikalarımız faydalı oldu” - Şentop

“Qarabağın azad edilməsində hərbi texnikalarımız faydalı oldu” - Şentop

25 Sentyabr 2021, 09:55

“Türkiyə istehsalı olan hərbi texnikalar Azərbaycanın illərdir işğal altında olan ərazilərinin azad edilməsində böyük fayda verdi. Bu da iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə sıx əməkdaşlığın faydalı olduğunu göstərdi”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

 

Şentop hər bir texnikanın yerli və milli imkanlarla inkişaf etdirilməsinin digər ölkələrdən asılılığın azaldılması baxımından vacibliyini diqqətə çatdırıb. O diplomatiya sahəsində də əsas gücün bundan irəli gəldiyini vurğulayıb.

 

“Türkiyə müdafiə sənayesi sahədə böyük uğurlar əldə edib. Bunların nəticələrini Liviya və Suriyada, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində gördük”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?