Modern.az

Polisin “saxla” əmrinə tabe olmayan sürücü TUTULDU-VİDEO

Polisin “saxla” əmrinə tabe olmayan sürücü TUTULDU-VİDEO

25 Sentyabr 2021, 10:38

Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10-a yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.

 

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

 

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib".

 

DİN rəsmisinin sözlərinə görə, hazırda istintaq hərəkətləri davam etdirilir:

 

"Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq matreriallarına əlavə edilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi