Modern.az

Yoluxma azaldı - 18 nəfər öldü

Yoluxma azaldı - 18 nəfər öldü

Hadisə

25 Sentyabr 2021, 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 2404 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 479814 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 449047 nəfər müalicə olunaraq sağalıb, 6433 nəfər vəfat edib, aktiv xəstə sayı 24334 nəfərdir.

 

Ölkədə son sutka ərzində 12274, hazırkı dövrədək isə 4814503 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi